Vaxt.Az

Messinin davamçısı ...


 

... Lamine Yamal əyləncə düşkünüdür

Messinin davamçısı ... Futbolla az-çox maraqlanan hər kəs bilir ki, Lamine Yamal ölkənin bir çox yerində insanların canına qorxu salıb. Messi dövründən sonra heç kim təsəvvür edə bilməzdi ki, cəmi 2-3 mövsüm sonra biz “evdə”n çıxan, növbəti 10-15 il ərzində futbol meydanında dominantlıq edəcək yeniyetmə haqqında danışacağıq. Haqlısınız, hələ ki, qələbə nəğmələri oxumaq üçün tezdir, futbolda hər şey ola bilər, amma qəbul edək ki, qarşımızda 21-ci əsrin ikinci və üçüncü onilliyində böyük ulduz olacaq oyunçu var. Seçilmiş oyunçulardan biri olub-olmamaq, Yamalın şəxsi iradəsi və uğurlu olub-olmamasına bağlı olacaq.

Ölkənin bəzi bölgələrində onlar bu vəziyyətdən çox narahatdırlar və düşünmədən, mənəviyyat, etika, intellekt olmadan ən ağır artilleriya ilə növbəti padşahı devirmək istəyirlər. Ötən mövsüm onların bir çox hücumu uğursuz alındı. Bəziləri onun ailəsi, mühakiməsi zəif olanlar onun kökləri, intellekti olmayanlar isə əlindəki sarğı haqda danışmağa çalışdılar.

Bu mövsüm isə onlar hücum etmək üçün başqa mövzu tapdılar: ad günü şənliyi. 18 yaşlı məşhur zəhmətkeş, indi isə artıq milyoner oğlanın ad günü şənliyi günlərlə sosial şəbəkələr, televiziya, radio və qəzetlərdə müzakirə mövzusu oldu. Sanki bu səs-küylü ad günü şənliyi nadir tapıntı olan almazın yoldan çıxmasına səbəb olacaq əsas səbəblərdən biridir.

Həmin şənlik haqqında ritorikalar 18 yaşlı oğlanı zərərsizləşdirməyə yönəlmişdi. Düşünülənin tam əksinə, tənqid və uğursuzluqların yıxa bilmədiyi, əksinə daha da rəqabətədavamlı olmasına gətirib çıxardığı biri haqqında danışırıq (son yazdığımı, əlindəki sarğıya ilişənlər məcazi mənada olmadığını anlayacaqlar).

Məntiqdən uzaq olanlar hələ də başa düşmürlər ki, Lamine Yamal hər il üç gündən bir şənlik təşkil edir. Və bunu hansısa gecə klubunun xüsusi otağında, villada, İbiza və ya Kosta Bravada etmir. Onun xüsusi və əsl gecə şənlikləri Avropanın futbol meydanlarında baş tutur.

Onun rəqs meydançasının “San Dieqo Bernabeu”, “San Siro” və ya “Montjuic” olmasından asılı olmayaraq necə əyləndiyini, hər dəfə oyunun kralı olduğunu görmək bəzilərinin narahat olmasına və absurd bataqlığından çıxa bilməməsinə gətirib çıxarması normaldır.

Bəli həqiqətən də Lamine Yamal əyləncə düşkünüdür. Onun ən böyük qadağan olunmuş rəqs hərərkətlərini yaxın zamanda başlayacaq yeni mövsümdə, böyük futbol gecələrində görməyə davam edəcəyik.

 





06.08.2025    çap et  çap et