Vaxt.Az

Xəstə daşıyan təyyarə düşdü


 

Qəzada 4 nəfər öldü

Xəstə daşıyan təyyarə düşdü ABŞ-ın Arizona ştatında xəstə daşıyan kiçik bir təyyarə eniş zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot və iki tibb işçisi həyatını itirib.

Bölgədəki yerli tayfalardan olan Navaxo Milləti polisinin verdiyi məlumata görə, qəza Çinli bölgəsi yaxınlığında günorta saatlarında baş verib.

Bildirilir ki, bir xəstəni nəql etmək üçün havaya qalxan təyyarə eniş zamanı qəzaya uğrayıb və göyərtəsində olan 4 nəfər – iki pilot və iki səhiyyə işçisi – həlak olub.

“Federal Aviasiya İdarəsi” (FAA) təyyarədə olan şəxslərin kimliyi barədə ilkin məlumat yayıb və araşdırmaların davam etdiyini bildirib.

“ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası” (NTSB) isə təyyarənin “Beechcraft” markalı olduğunu və qəza ilə bağlı rəsmi araşdırmaya başlandığını açıqlayıb.

 





06.08.2025    çap et  çap et