Vaxt.Az

İspaniya “F-35”dən imtina etdi


 

Trampın gömrük tarifləri 6.25 milyardlıq layihəni dayandırdı

İspaniya “F-35”dən imtina etdi İspaniya “F-35” təyyarələri alma planını ləğv edib, müdafiə büdcəsinin əsas hissəsini Avropada xərcləmək qərarına gəlib.

Madrid hökuməti “Lockheed Martin” şirkəti istehsalı olan “F-35”lər üçün 6,25 milyard avro ayırmışdı. Lakin ümumi 10,5 milyard avroluq əlavə müdafiə vəsaitinin Avropa ölkələrinə sərf olunması ABŞ-dən döyüş təyyarələrinin alınmasını qeyri-mümkün edib.

İspaniyanın Sosialist Baş naziri Pedro Sançez bu il müdafiə xərclərini “Şimali Atlantika Müqaviləsi Təşkilatı”nın (NATO) ÜDM-in 2%-i hədəfinə uyğun artırmaq istəsə də, iyun ayında keçirilən NATO zirvəsində bu rəqəmi 5%-ə qaldırmaqdan imtina edib.

Sançezin bu mövqeyi ABŞ Prezidenti “Donald Trump” tərəfindən sərt tənqid olunaraq, əlavə gömrük rüsumları ilə təhdid edilib.

 





06.08.2025    çap et  çap et