Vaxt.Az

Fransanın cənubunda meşə yanğınları


 

Aude bölgəsində fövqəladə vəziyyət elan edilib

Fransanın cənubunda meşə yanğınları Fransanın cənubunda yerləşən Aude bölgəsində baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində 1 nəfər ölüb, azı 9 nəfər yaralanıb. Hadisə nəticəsində 2 500 ev təsərrüfatı işıqsız qalıb.

Yanğın hələ də meşəlik ərazilərdə yayılmaqda davam edir. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, alovlara havadan müdaxilə olunur, bölgəyə yanğınsöndürmə təyyarələri cəlb edilib.

 

11 min hektar sahə yanıb

 

Aude prefekturasının məlumatına görə, artıq 11 min hektar ərazi yanaraq məhv olub. Alevlərin sürətlə yayılması səbəbilə 2 min yanğınsöndürən alovlarla mübarizəyə səfərbər edilib.

Yanğınsöndürmə xidmətinin sözçüsü Erik Brokardi “RTL” radiosuna açıqlamasında bu hadisəni “bənzəri görünməmiş miqyasda fəlakət” adlandırıb.

Fransa Prezidenti Emmanuel Makron da sosial şəbəkədəki paylaşımında Aude bölgəsindəki yanğınla mübarizə üçün hökumətin bütün resurslarının səfərbər edildiyini bildirib.

 





06.08.2025    çap et  çap et