Kremldən verilən rəsmi açıqlamaya görə, Putinlə Vitkof arasında keçirilən görüşdə Ukrayna müharibəsi və Rusiya-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
Kremlin müşaviri Yuri Uşakov bildirib ki, görüş konstruktiv keçib və tərəflər qarşılıqlı mesajlar mübadiləsi aparıblar: “Biz öz tərəfimizdən müəyyən siqnallar göndərdik. Eyni zamanda Tramp tərəfindən də bəzilərini aldıq”.
Xatırladaq ki, Tramp administrasiyası Rusiyaya müharibəni dayandırmaq üçün bu həftənin sonuna qədər vaxt verdiyini açıqlamışdı. Əks halda, yeni sanksiyalar gündəmə gətiriləcək.