Bina sakini Novruz Əliyevin sözlərinə görə, yığılan pula xadimələrin, bir neçə işçinin və lift təmiri pulu daxildir.
Köhnə tikilən binalar Mənzil İstismar Sahələrinə aid idisə, çoxmərtəbəli binalarda bu işi mənzil təsərrüfat kooperativləri yerinə yetirir.
Əmlak bazarı ilə məşğul olan ekspertlərin fikrincə, mənzil sahiblərinin müştərək cəmiyyəti yaradılmalı və bütün xidmət növlərini öz üzərinə götürməlidir. Bina sakinləri müxtəlif qurumlarla müqavilə bağlayıb onların xidmətindən yararlanmalıdır.
Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, ümumi məbləğ tutulmalıdır. Nə qədər xərc tələb olunur və adambaşına nə qədər düşür: «Hazırda bu iş qanunauyğun aparılmır».
Digər bir problem isə mənzildə yaşanılmadığı halda onlardan xidmət haqqı alınır.
Ekspertlər hesab edilir ki, çoxmərtəbəli binalarda texniki personal və mühafizə xidmətinin əmək haqları sakinlərin aylıq xidmət ödənişləri vasitəsilə təmin edildiyi üçün, tam olmasa da, bu məbləğ 50 faiz ödənilməlidir.
Statistikaya əsasən, paytaxtda çoxmərtəbəli binaların sayı 1300-dən artıqdır. Bu binaların hərəsində 80-100 mənzil yerləşir. Bu 100 mindən çox ailənin problemidir.