Vaxt.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında yeni tariflərin “ABŞ-a daxil olan bütün çip və yarımkeçiricilərə” şamil olunacağını deyib. Onun sözlərinə görə, yalnız ABŞ-da istehsal həyata keçirən və ya bu istiqamətdə öhdəlik götürən şirkətlər bu tariflərdən azad olunacaq.
“Çiplərə və yarımkeçiricilərə çox yüksək gömrük rüsumu tətbiq edəcəyik. Lakin “Apple” kimi şirkətlər üçün yaxşı xəbər odur ki, əgər ABŞ-da istehsal edirsinizsə və ya istehsal etməyi öhdənizə götürmüsünüzsə, bu zaman əlavə ödəniş olmayacaq”, – Tramp qeyd edib.
Trampın çıxışından dərhal sonra “Apple” şirkətinin baş direktoru Tim Kuk 100 milyard dollarlıq yeni investisiya planını açıqlayıb.