Vaxt.Az

“Bu mümkündür”


 

Trampdan Çinə yeni gömrük vergisi siqnalı

“Bu mümkündür” ABŞ Prezidenti Donald Tramp çərşənbə günü verdiyi açıqlamada bildirdi ki, Hindistanın Rusiya neftini almasına görə tətbiq edilən 25 faizlik əlavə gömrük vergisinə bənzər şəkildə, Çinə qarşı da yeni tariflər tətbiq oluna bilər.

Tramp qeyd edib ki, bu qərar gələcək hadisələrin inkişafından asılı olaraq veriləcək.

Jurnalistlərin suallarını cavablandıran Tramp, “Ola bilər” deyərək, Rusiyanı Ukraynadakı müharibəni bitirməyə məcbur etmək məqsədilə daha çox ikinci dərəcəli sanksiyaların açıqlanacağını gözlədiyini bildirib.

Lakin o, təfərrüat verməkdən yayınıb.

“Bu mümkündür... Hazırda dəqiq bir şey deyə bilmərəm. Biz bunu Hindistana etdik. Yəqin ki, bir neçə ölkəyə də tətbiq edəcəyik. Onlardan biri Çin ola bilər”, – deyə Tramp əlavə edib.

Ağ Ev tərəfindən imzalanmış sərəncamda Çinin adı çəkilməsə də, bu ölkə Rusiya neftinin ən böyük alıcılarından biri sayılır. Ötən həftə ABŞ-ın Xəzinə katibi Skott Bessent, əgər Çin Rusiya nefti alışını davam etdirərsə, yeni tariflərlə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.

 





07.08.2025    çap et  çap et