Vaxt.Az

Hindistan narazıdır


 

Yeni Dehli Trampın əlavə tarif qərarını “təəssüf doğurucu” adlandırdı

Hindistan narazıdır Hindistan, ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft idxalını davam etdirməsinə cavab olaraq bu ölkəyə qarşı 25 faiz əlavə gömrük rüsumu tətbiq etməsi qərarını “təəssüf doğurucu” adlandırıb.

Hindistan Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, Trampın Hindistana qarşı 25 faiz əlavə rüsum tətbiq olunmasına dair fərmanı imzalamasından sonra rəsmi Dehli mövqeyini bir daha bəyan edib.

Açıqlamada Hindistanın tarif məsələsindəki mövqeyini aydın şəkildə ortaya qoyduğu vurğulanaraq qeyd olunub: “Başqa ölkələrin öz milli maraqları naminə atdığı addımlara görə ABŞ-ın Hindistana əlavə rüsum tətbiq etməyi seçməsi təəssüf doğurur”.

Nazirlik bu addımları “ədalətsiz, əsassız və məntiqsiz” adlandırıb və əlavə edib ki, Hindistan öz milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu həftənin əvvəlində verdiyi açıqlamada Hindistanın Rusiyadan neft almasını və həmin nefti yüksək gəlirlə yenidən satmasını tənqid etmişdi. O, Hindistana qarşı rüsumların “əhəmiyyətli dərəcədə” artırılacağını bildirmişdi.

 





07.08.2025    çap et  çap et