“HƏMAS” – “Hərəkatu’l-Müqavəməti’l-İslamiyyə” – 1987-ci ildə yaradılmış və 2007-ci ildən etibarən Qəzzada hakimiyyəti ələ keçirmiş bir radikal terror təşkilatıdır. Qrupun məqsədi İsrailin tam şəkildə məhv edilməsi və onun yerində islamçı teokratik bir dövlətin qurulmasıdır.
Bir çox dövlət və beynəlxalq təşkilatlar (ABŞ, Avropa Birliyi, Kanada, Avstraliya və s.) “HƏMAS”ı rəsmi olaraq terror təşkilatı kimi tanımışdır. “HƏMAS” yalnız İsrailə qarşı deyil, bölgədəki digər siyasi aktorlara və sivil əhaliyə qarşı törətdiyi terror aktları bu terrorçu təşkilatın çirkin mahiyyətini təşkil edir.
“HƏMAS”, öz hərbi infrastrukturunu məktəblərin, xəstəxanaların, məscidlərin və sıx yaşayış məntəqələrinin altında yerləşdirərək qəsdən mülki əhalini öz məqsədləri üçün canlı qalxana çevirir.
Bu, həm hərbi baxımdan, həm də ideoloji cəhətdən onlara mənfəət gətirir çünki hədəfə alınan hər bir bölgədə mülki itkilərin sayını artır, bu itkiləri beynəlxalq ictimaiyyətə “sivil qətliam” kimi təqdim edilir və İsrail dövlətinə qarşı media kampaniyası yaradılaraq sivillərin ölümündən siyasi və təbliğat mənfəəti qazanır.
Bu strategiya beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasını göstərsə də “HƏMAS” yenə də fələstinliləri öz ideoloji məqsədləri üçün qurban verir.
Çünki “HƏMAS”ın əsas məqsədi Fələstin xalqının azadlığı deyil, İrana bağlı şiə-islamçı geopolitik layihənin bir hissəsi kimi fəaliyyət göstərməkdir. İran, Qətər və İsrail dövlətinə düşmən olmaqdan “qürur” hissi keçirən digər dövlətlər bu qrupun siyasi himayəçiləri olaraq, onu İsrailə qarşı bir təzyiq aləti və regionda xaos yaratma vasitəsi kimi dəstəkləyirlər.
Bu gün Qəzzada baş verən fəlakətlərin başlıca səbəbi elə “HƏMAS” terror təşkilatının özüdür çünki onlar Qəzzəliləri bilərəkdən və məqsədli olaraq ölümə sürükləyir və qurban etdirir.
Bir sözlə “HƏMAS” terror təşkilatı, əslində öz xalqını pul və radikal ideologiyasına qurban edən bir terror maşınıdır.