Vaxt.Az

Dünyanın ən uzun asma körpüsü


 

İtaliya nəhəng layihəyə start verdi

Dünyanın ən uzun asma körpüsü İtaliyada hökumət komitəsi milyardlarla avro dəyərində Siciliya körpüsü layihəsini təsdiqləyib. Nazirliyə görə körpü dünyanın ən uzun asma körpüsü olacaq.

Siciliyanı ölkənin əsas hissəsi ilə birləşdirəcək 3,6 kilometrlik körpünün inşası 1960-cı illərin sonlarından İtaliyanın kasıb cənub bölgəsinin inkişafına dəstək məqsədilə müzakirə edilir.

Baş nazir Coria Meloninin sağçı hökuməti bunu prioritetə çevirib və gələn 10 il ərzində körpü və ətrafdakı obyektlər üçün 13,5 milyard avro ayırıb.

Nazirlərarası İqtisadi Planlaşdırma və Davamlı İnkişaf Komitəsinin iclasında qərarın təsdiq olunduğu elan edilib.

“CNN International”ın məlumatına görə, Messina Boğazı Körpüsü Layihəsi beynəlxalq tenderdən sonra “Eurolink” konsorsiumuna verilmişdi. Layihəni həyata keçirən “Messina Strait Company”nin bildirdiyinə görə, hökumət komitəsinin təsdiqi arxeoloji və geoloji araşdırmalar da daxil olmaqla ilkin işlərin başlanmasına icazə verəcək.

 





07.08.2025    çap et  çap et