Vaxt.Az

Bkı parkinqləri: qazanc, yoxsa əlavə problem?


 

“Nə qədər ki yüksək tarif qoyulacaq, problem də həll olunmayacaq”

Bkı parkinqləri: qazanc, yoxsa əlavə problem? Bakının tıxac probleminin həlli üçün bir neçə avtomobil dayanacağı inşa olunsa da, problem həll olunmayıb. Milli.Az-ın məlumatına görə, istifadəyə verilmiş parkinqlərin ətrafında yenə də avtomobillər dayanıb-durma qaydalarını pozur. Maşınlar dayanacaqlara girmək istəmir.Oxucu yazır ki, hər gün parkinqə bir manat vermək həddindən artıq çoxdur: “Hər gün 1 manat parkinqə verməyə pulum yoxdu. Heç olsa da, vermərəm. 1 manata parkinq olar, məhlədə aya 20 manat, iş yerində 30 manat, 100 manat benzin, əlavə olaraq maşının təmiri, "moyka" və s.. Maşın üçün işləyək?”
İqtisadçı ekspert Rövşən Ağayev Milli.Az-a açıqlamasında bildirdi ki, bu cür xidmətlərin tarifləri ölkədə insanların gəlirləri ilə ölçülməlidir. Onun sözlərinə görə, Avropa ölkəsində olan qiymətlə buradakı qiymət arasında fərq olmalıdır: “Mən də eşitmişəm ki qiymətlər bahadır. Ona görə də maşınlar dayanacaqlara girmək istəmir. Həmin dayanacaqlar dövlət mülkiyyətindədir. Dünyanın bir sıra ölkələrində dayanacaqlar ictimai əsaslarla olur. Türkiyədə bələdiyyələrə verilir. Hər yerdə dayanacaqlar pulludur. Amma biri var insanların cibinə girərək bir günü 3 manat ola, biri də var 1 manat. Ona görə də insanlar istifadə etmir. Nə qədərki yüksək tarif qoyulacaq, problem də həll olunmayacaq”.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov Milli.Az-a bildirdi ki, sürücü maşınını saxlamaq üçün pul ödəməlidir. Şöbə müdirinin sözlərinə görə, kim pul ödəmək istəmirsə, avtomobilini şəhərdən kənarda saxlayıb mərkəzə ictimai nəqliyyatla gəlsin. Maşını şəhərə gətirirsənsə, bir-iki manatından keçməlisən.
N.Həsənov deyir ki, dayanacaqların hamısına Nəqliyyat Nazirliyi nəzarət etmir. Eyni zamanda qiymətləri də tənzimləmir.
 





06.06.2013    çap et  çap et