Kaşkari CNBC-yə verdiyi açıqlamada, gömrük tariflərinin inflyasiyanı artırmağa davam edib-etməyəcəyinin hələ də qeyri-müəyyən olduğunu, lakin ABŞ iqtisadiyyatında müşahidə olunan yavaşlamanın FED-in qısa müddətdə faiz endiriminə getməsinə səbəb ola biləcəyini deyib.
“İqtisadiyyatda durğunluq var və bu da yaxın dövrdə monetar tənzimləməyə başlanmasının məntiqli ola biləcəyini göstərir”, – deyə Kaşkari bildirib.
O, ilin sonuna qədər iki dəfə 0,25 faiz bəndi həcmində faiz endiriminin yerində addım olacağını vurğulayıb.
FED ardıcıl 5 iclasda faizləri dəyişməyib
ABŞ Mərkəzi Bankı (FED) iyul toplantısında gömrük rüsumlarına dair qeyri-müəyyənlik səbəbilə gözləntilərə uyğun olaraq faiz dərəcələrinə toxunmayıb. İclasdan sonra danışan FED rəhbəri Cerom Pauell, hazırkı monetar siyasət mövqeyinin mümkün risklərə çevik cavab vermək baxımından uyğun səviyyədə olduğunu qeyd etmişdi.