Vaxt.Az

Trampa hərbi mesaj


 

Rusiya və Çin Yapon dənizində sualtı qayıq əleyhinə birgə təlim keçirdi

Trampa hərbi mesaj ABŞ Prezidenti Donald Trampın iki nüvə sualtı qayığını Rusiyaya yaxınlaşdırdığını bildirməsindən sonra Rusiya və Çin Yapon dənizində düşmən sualtı qayığının məhv edilməsinə dair ortaq təlim həyata keçirib.

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, təlimlərə Çin ordusunun “Y-8” tipli sualtı qayıq əleyhinə təyyarələri, Rusiya Sakit okean donanmasının “İl-38” təyyarələri və helikopterləri qatılıb.

Nazirliyin açıqlamasında qeyd olunub: “Birgə və effektiv fəaliyyət nəticəsində 'şərti düşmən' sualtı qayığı dərhal aşkarlanıb və simulyativ olaraq məhv edilib. Tapşırıqların uğurla yerinə yetirilməsindən sonra hər iki tərəfin heyəti bir-birinə təşəkkür edib.”

 

Trampın nüvə mesajı

 

Təlimlər, Trampın ötən həftə verdiyi açıqlamadan bir neçə gün sonraya təsadüf edib. Tramp, keçmiş Rusiya Prezidenti Dmitri Medvedevin nüvə müharibəsi ilə bağlı xəbərdarlıqlarını “son dərəcə təxribatçı” adlandıraraq iki yeni nüvə sualtı qayığı sifariş etdiyini açıqlamışdı.

Kreml isə ABŞ sualtı qayıqlarının onsuz da daim döyüş hazırlığında olduğunu bildirərək Trampın açıqlamasını əhəmiyyətsiz sayıb. Rəsmi Moskva beynəlxalq arenada nüvə ritorikasından istifadə edilməsində çox ehtiyatlı olunması gərəkdiyini vurğulayıb.

 

Ukrayna və Hindistan fonunda hərbi mesaj

 

Təlimlərin Vladimir Putinin Ukraynada 3 il yarım davam edən müharibəni dayandırmaqla bağlı Trampın son tarix kimi göstərdiyi cümə gününə qədər razılıq vermədiyi bir vaxtda keçirilməsi diqqət çəkir. Tramp, əgər bu baş verməsə, Rusiyaya və neft alan ölkələrə – o cümlədən Hindistan və Çinə qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirmişdi.

Hazırkı manevr, Rusiya və Çinin son bir həftə ərzində keçirdiyi genişmiqyaslı birgə hərbi təlimlərin tərkib hissəsidir. İki ölkə 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən az əvvəl “hüdudsuz strateji tərəfdaşlıq” bəyanatı imzalamış və mütəmadi olaraq silahlı qüvvələr arasında koordinasiyanı sınaqdan keçirmək üçün birgə təlimlər təşkil etməyə başlamışdı.

 





07.08.2025    çap et  çap et