Vaxt.Az

Çin Amerikada müttəfiq tapdı


 

Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir

Çin Amerikada müttəfiq tapdı Çin Xarici İşlər naziri Vanq Yi, ABŞ Prezidenti Donald Trampın tarif təhdidlərinə cavab olaraq Pekinin Amerika qitəsi ölkəsi Braziliya ilə əməkdaşlığı artırmağa hazır olduğunu bəyan edib.

“Xinhua” agentliyinin məlumatına görə, Vanq Yi bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın baş müşaviri Selso Amorimlə telefon danışığında bildirib.

Nazir qeyd edib ki, Çin və Braziliya son vaxtlar birgə vizion əsasında əməkdaşlıq qurub və Pekin Braziliyanın “əsassız tarif zorakılığına” qarşı mübarizəsini dəstəkləyir.

Öz növbəsində Amorim də Braziliyanın bir sıra sahələrdə əməkdaşlığı dərinləşdirmək və BRICS platformasını daha da inkişaf etdirmək istiqamətində Çinlə birgə çalışmağa sadiq olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iyulun 9-da Braziliya Prezidenti Lula da Silvaya məktub göndərərək sabiq ifrat sağçı dövlət başçısı Jair Bolsonaroya qarşı açılan cinayət işinin dayandırılmaması halında Braziliyaya qarşı 50 faiz gömrük rüsumu tətbiq ediləcəyi ilə hədələyib.

 





07.08.2025    çap et  çap et