Vaxt.Az

ABŞ hərbi bazaya silahlı hücum


 

Beş hərbçi yaralanıb

ABŞ hərbi bazaya silahlı hücum ABŞ-ın Corcia ştatındakı “Fort Stewart” hərbi bazasında silahlı hücum baş verib. Hadisə nəticəsində 5 hərbçi yaralanıb və baza qismən giriş-çıxışa bağlanıb.

“Fort Stewart” bazasının rəsmi “Facebook” səhifəsində yayılan açıqlamada, bazada silahlı insident baş verdiyi, buna görə də bazanın bir hissəsinin müvəqqəti bağlandığı və təhlükəsizlik qüvvələrinin hadisə yerində olduğu bildirilib. Yaralanan 5 hərbçi ilkin tibbi müdaxilədən sonra Vinn Hərbi Xəstəxanasına yerləşdirilib.

Hadisənin törədicisinin tutulduğu, hazırda araşdırmanın davam etdiyi və yekun nəticə çıxana qədər əlavə məlumat veriləcəyinin bildirildiyi açıqlamada, bazaya yaxın şəxslərin öz yerlərindən ayrılmaması və bütün qapı-pəncərələri bağlı saxlamaları tələb olunub.

Hadisəni törədən şəxsin 28 yaşlı, çavuş rütbəsində xidmət edən Quornelius Radford olduğu, şəxsi silahından istifadə etdiyi bildirilib. 3-cü piyada briqadası komandiri general-mayor Con Lubas motivasiya barədə hələ də dəqiq məlumata sahib olmadıqlarını bildirib. Yaralıların vəziyyətinin yaxşı olduğu, onların sağalacağı gözlənilir. Radford Hərbi Cinayət Araşdırma İdarəsi (CID) tərəfindən saxlanılıb və hərbi məhkəmədə mühakimə olunacaq.

ABŞ mediasının hərbi mənbələrə istinadən verdiyi xəbərlərdə, Radfordun hadisədən əvvəlki gün yaralanan hərbçilərdən biri ilə münaqişə yaşadığı iddia edilir. Hadisə yerində 9 mm-lik tapança və çoxlu sayda güllə qovanı aşkarlanıb. Hücumun səbəbi isə hələlik məlum deyil.

ABŞ Müdafiə Naziri Pit Heqset isə “X” sosial media platformasında hücumu “çəkinməz və qorxaqca” adlandıraraq, yaralanan hərbçilərə şəfa diləyib. Heqset, hadisə ilə əlaqədar tutulan şəxslər üçün ən qısa zamanda ədalətin təmin olunacağını bildirib.

 





07.08.2025    çap et  çap et