Zukerberqə görə, gələcəkdə rəqəmsal təcrübə cib telefonları yerinə gözə taxılan cihazlarla təmin ediləcək. “Meta”nın hazırda inkişaf etdirdiyi virtual reallıq eynəkləri bu dönüşümün əsasını təşkil edir. Bu eynəklər əllərin azad istifadəsi, birbaşa baxış sahəsinə məlumatların əks etdirilməsi və anında əlaqə kimi imkanlar yaradır.
Zukerberq əlavə edib ki, bu texnologiya adi ekran deyil, bütün rəqəmsal həyatın mərkəzinə çevriləcək: “Bu gün milyonlarla insan eynək taxır. Bir neçə il sonra həmin eynəklərlə mesajlaşacaq, xəritədən istifadə edəcək, məlumatlara çata biləcəklər”.
“Meta”nın təqdim etdiyi “Quest” seriyası VR eynəkləri Zukerberqin vizyonunun ilk nümunələridir. O, klassik ağıllı telefonların texnoloji inkişafdan geri qalmasını vurğulayır və yeni dövrün virtual və artırılmış reallıq texnologiyaları ilə başlayacağını deyir.