ABŞ-ın İllinoys ştatının Sent-Çarls şəhərində Texas ştatından olan Demokrat siyasətçilərin qalığı otelə bomba olduğu barədə məlumat daxil olub. Polis bildirdi ki, hadisə sonrası siyasətçilər və təxminən 400 nəfər oteldən və ərazidən təxliyə edilib.
Bomba zərərsizləşdirmə komandaları aparılan axtarış zamanı şübhəli heç nə aşkar etməyiblər.
Oteldə qalan siyasətçilər vəziyyətlə bağlı birgə bəyanat yayıb. Bəyanatda bildirilir ki, səhər saatlarında bomba təhdidi alıblar, lakin “biz təhlükəsizik, qorunuruq və əzmimizdən vaz keçməyəcəyik”.
Siyasətçilər yerli hakimiyyət orqanlarına və polis qüvvələrinə təşəkkürlərini bildiriblər.
çap et