“Gallup” sorğu şirkətinin məlumatına əsasən, iyulun 7-dən 21-dək təsadüfi seçilmiş min amerikalı şəxslə aparılan araşdırmada iştirakçılardan bu şəxslər barədə fikirləri soruşulub. Nəticələr göstərir ki, respondentlərin 61 faizi “Tesla”nın rəhbəri İlon Mask haqqında mənfi fikirlər bildirib.
Siyahıda həmçinin Ukrayna dövlət başçısı Vladimir Zelenski, ABŞ Prezidenti Co Bayden və Papa XIV Leo da yer alıb. Maska qarşı mənfi münasibət üstünlük təşkil etsə də, iştirakçıların 33 faizi onu dəstəklədiyini, 6 faizi isə fikirsiz olduğunu bildirib.
Dünyanın ən zəngin şəxsi sayılan İlon Maskın nüfuzunun sürətlə azaldığı müşahidə olunur. O, əvvəlcə Donald Trampın “First Buddy”si – yəni “ilk dostu” statusunu qazansa da, sonradan ikili arasında sosial mediada gedən sərt mübahisələr nəticəsində Trampın yaxın dairəsindən uzaqlaşdırıldı. Hətta ABŞ prezidenti Maskın “gələdiyi yerə geri dönməsini” tövsiyə edib.
“Gallup”un əvvəlki hesabatına görə, ilin əvvəlində Maskın bəyənmə reytinqi -4 idi. İyun ayının əvvəlində isə bu göstərici -28-ə enib.
Trampın etibar və dəstək itkisi “Tesla”nın səhmlərinə də mənfi təsir göstərib. Elektrikli avtomobil istehsalçısı 2025-ci ilin ikinci rübündə xalis gəlirində 16, gəlirində isə 12 faiz azalma bildirdi.
“Williams College”in araşdırmasına əsasən, Maskın nüfuzu bəzən elektrikli avtomobillərə qarşı ümumi marağın azalmasına da səbəb olub.
Trampın nüfuzu Maskdan yaxşı olsa da, onun nüfuzu hələ də -16 səviyyəsindədir. İştirakçıların 57 faizi prezident haqqında mənfi, 41 faizi isə müsbət fikirdədir. Yalnız 2 faiz heç bir fikir bildirməyib.
Prezidentin yaxın ətrafındakı bəzi şəxslərə – o cümlədən vitse-prezident Ceyms Vens, Səhiyyə naziri Robert Kennedi və Müdafiə naziri Pit Heqsetə daha müsbət rəy verilir.
Sorğuda Netanyahu və Rubio müvafiq olaraq -23 və -26 bəyənmə göstəriciləri ilə sondan ikinci və üçüncü yerləri tutub.
“The Independent” nəşri “Tesla”nın yüksək vəzifəli rəhbərliyinin bu aşağı bəyənmə səviyyəsi ilə bağlı şərh almaq üçün şirkətlə əlaqə saxlayıb.