Vaxt.Az

Bir ayda ikinci qaçış


 

Daha bir Şimali Koreyalı cənuba keçdi

Bir ayda ikinci qaçış Cənubi Koreya ordusu bildirir ki, Şimali Koreya vətəndaşı neytral zonadan keçərək ölkə ərazisinə daxil olub.

“Yonhap” agentliyinin yaydığı xəbərə görə, Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada, ötən həftə Koreya yarımadasını ayıran quru sərhəddəki neytral zonadan bir Şimali Koreya vətəndaşının Cənubi Koreyaya keçdiyi qeyd olunub.

Rəsmi məlumata görə, həmin şəxsin bu addımı sığınmaq məqsədilə atdığı ehtimal edilir.

Cənubi Koreya əsgərləri onunla yerli vaxtla saat 04:00 radələrində, sərhədin qərb hissəsində yerləşən Han çayı hövzəsində yerləşən neytral ərazidə təmas qurublar.

Həmin vaxt Şimali Koreya qoşunları tərəfindən qeyri-adi heç bir hərəkət müşahidə olunmayıb. Şəxsin hazırda araşdırma aparılması üçün müvafiq orqanlara təhvil verildiyi bildirilir.

 





07.08.2025    çap et  çap et