Vaxt.Az

Pivənin tapılmayan vaxtında ...


 

Alkoqolsuz kimi satılan içkidə spirt tapıldığı üçün geri qaytarıldı

Pivənin tapılmayan vaxtında ... Almaniyada alkoqolsuz adı ilə satışa çıxarılan “Schöfferhofer” brendinə məxsus içki məhsulunda spirt müəyyən olunub. Söhbət “Schöfferhofer Weizen-Mix Grapefruit Alkoholfrei” adlı məhsuldan gedir. Müvafiq etiketləmə xətası səbəbilə, bəzi altılı qutulara alkoqollu şüşələr yerləşdirildiyi bildirilib.

“Vaxt.az” xəbər verir ki, şirkətin rəsmi açıqlamasında qeyd olunur ki, şüşələrin öz üzərində həm ön, həm də arxa etiketlərində alkoqollu məhsul kimi qeyd olsa da, altılı qutuların üzərindəki yanlış etiketləmə səbəbindən bu hal istehlakçılar tərəfindən dərhal fərq edilməyə bilər və nəticədə arzuolunmaz alkoqol qəbulu baş verə bilər.

Qida Təhlükəsizliyi üzrə Federal İdarənin (BVL) məlumatına görə, məhsulların son istifadə tarixi 26 iyul 2025-dir. Geri çağırılan məhsullar Baden-Vürtemberq, Bavariya, Hessen, Şimali Reyn-Vestfaliya və Meklenburq-Ön Pomeraniya əyalətlərində satışa çıxarılıb.

Həmin məhsullar “Rewe” və “Edeka” kimi tanınmış satış şəbəkələrində 21 iyul tarixindən etibarən mövcud olub, lakin geri çağırılma qərarından sonra raflardan yığışdırılıb.

Şirkət istehlakçılara müraciət edərək, şüşə üzərində “Alkoholfrei” (alkoqolsuz) yazısının olub-olmadığını yoxlamağı tövsiyə edib. Əgər üzərində “Alk. 2,5% vol.” yazılıbsa, bu halda həmin içkidə alkoqol var və onu alkoqoldan uzaq duran şəxslər içməməlidirlər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, istəmədən alkoqol qəbul etmək bəzi qruplar üçün ciddi risklər yarada bilər. Bu xüsusilə hamilə qadınlara və müəyyən dərman müalicəsi alan şəxslərə aiddir. Eyni zamanda dini və ya şəxsi səbəblərlə alkoqol qəbul etməyən insanlar üçün bu vəziyyət həssaslıq doğurur.

İstehlakçılar məhsulları geri qaytarmaq və ya dəyişdirmək üçün “Schöfferhofer”in müştəri xidmətlərinə müraciət edə bilərlər.

 





07.08.2025    çap et  çap et