Tramp komandasının Moskvaya gizli təklifi sızdı.
Polşanın “Onet” nəşrinə görə, Moskva Trampın çevrəsindən Avropa dövlətləri ilə razılaşdırıldığı iddia edilən əlverişli atəşkəs təklifi alıb.
Əsas şərtlər:
– Sülh yox, atəşkəs.
– Rəsmi danışıqların 49-99 il təxirə salınması ilə Rusiyanın ərazi qazanclarının faktiki tanınması.
– Sanksiyaların əksəriyyəti azaldı + Rusiya neftinin/qazının AB-yə qaytarılması.
– NATO-nun genişlənməməsinə dair vəd yoxdur.
– ABŞ-ın Ukraynaya hərbi yardımını davam etdirməsi (Rusiya üçün məqbul olduğu bildirilir).
Rusiyanın qəbul edib-etməyəcəyi bəlli deyil.
Məhz bizim sülh gündəliyi ərəfəsində bu məsələnin niyə ortaya çıxmasına dair xeyli suallar var;
Bəs ikinci məsələdə ilkin detallar nə haqdadır?
İddiaya görə, Zəngəzur dəhlizi ABŞ-ın idarəçiliyinə keçir.
Əliyev və Paşinyan sabah Vaşinqtonda imza atacaqlar.
Birgə sülh bəyannaməsi, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Qrupundan birgə çıxma məktubu və ABŞ ilə ikitərəfli sazişlər.
“TRIPP – Trump Route for International Peace and Prosperity” (Tramp Beynəlxalq Sülh və Rifah Yolu) də elan ediləcək.
ABŞ Ermənistan-Azərbaycan sülh sazişində Cənubi Qafqazdan keçən strateji tranzit dəhlizinin eksklüziv inkişaf hüququnu əldə edib. Razılaşma Trampın sabah Ağ Evdə iki lideri qəbul edəcəyi zaman rəsmiləşəcək.
1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan arasında İrəvan və arxasındakı SSRİ (Rusiya) işğal siyasətinə başlaması ilə 1980-ci illərin sonlarından Dağlıq Qarabağ məsələsində fikir ayrılığı yaranıb. Bu sülh çərçivəsi ilə tarixi böhran başa çatır və ABŞ yeni geostrateji üstünlük əldə edir.