Yanğının ən böyük faciəsi isə evini tərk etməyi rədd edən 60 yaşlı qadının həyatını itirməsi olub. Yanğını söndürmək üçün 1800-dən çox yanğınsöndürən cəlb olunub, onlardan yeddi nəfəri tüstüdən zəhərlənib. Güclü külək və quru hava şəraiti yanğınla mübarizəni çətinləşdirir.
Həm yerüstü, həm də hava vasitəsilə müdaxilə edilən yanğının nəzarət altına alınması bir neçə günə qədər davam edə bilər. Bölgədə bəzi düşərgə yerləri və kəndlər təxliyə olunub, yollar bağlanıb. Fransa Prezidenti Emmanuel Makron, vətəndaşları yanğınla mübarizə aparan rəsmi qurumların məlumatlarına diqqətlə yanaşmağa çağırıb və bütün imkanların yanğınla mübarizəyə yönəldildiyini vurğulayıb.