Livanda nəşr olunan media orqanları da bu gün səhər saatlarında İsrailin bölgədə hava hücumları həyata keçirdiyini bildirib.
Bu hücumlar, noyabr ayının sonlarından bəri İsraillə İran tərəfindən dəstəklənən “Hizbullah” arasında qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq baş verib.
Atəşkəs rəsmi olaraq hələ də qüvvədə olsa da, İsrail demək olar ki, hər gün “Hizbullah” mövqelərinə hücumlar həyata keçirməyə davam edir və təşkilatın tam şəkildə silahsızlaşdırılmasını istəyir.
Digər tərəfdən, Livan ordusuna bu həftə “Hizbullah”ın silahsızlaşdırılması üçün plan hazırlamaq tapşırılıb.
Ölkədəki bütün silahların ilin sonuna qədər dövlətin nəzarətinə keçməsi planlaşdırılır.
Ancaq “Hizbullah” bu cədvəli rədd edərək bildirib ki, İsrail əvvəlcə hava hücumlarını dayandırmalı və Cənubi Livandakı beş mövqedən geri çəkilməlidir. Müşahidəçilər “Hizbullah”ın yaxın zamanda silahlarını təhvil vermə ehtimalının aşağı olduğunu bildirirlər.
Livan hökumətinin isə bu gün yeni bir Nazirlər Kabineti toplantısı keçirərək növbəti addımları müzakirə edəcəyi gözlənilir.