Vaxt.Az

STEC bakteriyası tapıldı


 

Avropada satılan mal əti kolbasası geri çağırıldı

STEC bakteriyası tapıldı Şimal Ren-Vestfaliya mərkəzli ət istehsalçısı “Wiltmann”, Almaniya üzrə satılan bir məhsulunda bakterial çirklənmə şübhəsi səbəbindən geri çağırış elan etdi. "Rewe", "Netto", "Edeka" və "Kaufland" kimi böyük şəbəkə marketlərdə satılan “Rein Rind-Salami” adlı məhsulun bir partiyasında aparılan testdə “Shigatoksin” istehsal edən “Escherichia coli” (STEC) bakteriyası aşkarlanıb. Bu bakteriyalar xüsusilə həssas bədənlərdə ağır ishal və bağırsaq infeksiyalarına səbəb ola bilər.

 

Hans məhsullar geri çağrıldı?

 

Geri çağırma “Wiltmann” markasına aid 70 qramlıq qablaşdırmada satılan “Rein Rind-Salami” məhsulunu əhatə edir. Təsirlənmiş partiyaların son istifadə tarixi və partiya nömrəsi belədir:

İstehsalçı firma həmin məhsulların mütləq istehlak edilməməsini vurğulayıb. Digər partiya nömrələrinin isə risk daşımadığı açıqlanıb.

Şirkət, xüsusilə immun sistemi zəif olan – uşaqlar, yaşlılar və hamilə qadınların – diqqətli olmalarını qeyd edib. STEC bakteriyaları bu qruplarda ciddi sağlamlıq problemlərinə yol aça bilər.

İstehlakçılar sözügedən salamını aldıqları mağazaya qaytara, kassadan qəbz təqdim etmədən məhsulun pulunu geri ala bilərlər. Geri çağırış prosesi istehsalçının rəsmi saytında və açıqlamalarında davamlı olaraq yenilənir.

 

Alman istehsalı kolbasa məhsulları Azərbaycanda satılırmı?

 

Azərbaycanda “Wiltmann” markalı məhsullar satışda deyil. Yerli mağaza və distribütorlar arasında bu brendə rast gəlinmir.

Buna baxmayaraq, Almaniya istehsalı kolbasa məhsulları ölkədə satılır. Məsələn, “SAB Sosiska Alman” adlı məhsul əvvəllər “Bazarstore”da satışda olub. Bundan başqa digər marketlərdə də Almaniyadan gətirilən digər bişmiş və yarımbişmiş kolbasa növlərinə də rast gəlinir.

Qeyd edək ki, son illərdə Azərbaycan Almaniyadan kolbasa məhsulları idxalını iki dəfəyə yaxın artırıb. Bu, bazarda Almaniya mənşəli ət məhsullarının daha geniş yer tutmasına səbəb olub. Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zaman-zaman kolbasa və sosiska məhsullarını analiz edərək bəzi hallarda keyfiyyət uyğunsuzluqlarına görə geri çağırma tədbirləri həyata keçirib.

 





07.08.2025    çap et  çap et