Agentlik bildirib ki, zəif əmlak sektoru və xarici ticarətə təzyiqlərə baxmayaraq, güclü fiskal təşviqlər Çin iqtisadiyyatının dayanıqlığını qoruyub saxlayır. Qurum hesab edir ki, Çin qarşıdakı bir-iki il ərzində illik 4 faiz və ya daha yüksək iqtisadi artım tempinə geri dönə bilər.
Bunun fonunda hökumətin iqtisadiyyata dəstək tədbirlərini mərhələli şəkildə azaltması gözlənilir. Eyni zamanda ümumi dövlət borcunun ÜDM-ə nisbətdə illik artım sürətinin 6 faizin altına enəcəyi ehtimal olunur.