Vaxt.Az

“Aşılası çoxsaylı maneələr var”


 

Mark Rubio iki prezidentin görüşü öncəsi açıqlama verdi

“Aşılası çoxsaylı maneələr var” ABŞ Dövlət Katibi Marko Rubio dünən ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında Ukraynadakı münaqişəni sona çatdırmaq məqsədilə keçiriləcək görüşün qarşısında “çoxsaylı maneələrin” olduğunu və “hələ görüləsi çox işin” olduğunu açıqladı.

Rubio, Ağ Evin Trampın həm Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə “açıq” olduğunu bildirməsindən sonra “Fox Business”a verdiyi müsahibədə, “Bu gün yaxşı gündür, amma hələ qarşıda çox iş var. Hələ aşılası çoxsaylı maneələr var və bunu qarşıdakı bir neçə gün, bir neçə saat, bəlkə də bir neçə həftə ərzində bacaracağımızı ümid edirik”, – deyib.

“The New York Times” və “CNN” xəbər agentliklərinin məlumatına görə, görüşlərlə bağlı yaxın mənbələr bildirir ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskva səfərindən sonra ABŞ Prezidenti dünən Avropa liderlərinə bildirib ki, növbəti həftə Putinlə şəxsi görüşmək və sonra Putin, Zelenski və özünün iştirak edəcəyi üçtərəfli toplantı təşkil etmək istəyir.

Vitkoff Trampın Rusiyaya Ukraynadakı müharibəni sona çatdırmaq üçün verdiyi müddətin bitməsindən iki gün əvvəl dünən Moskvada Rusiya Dövlət Başçısı ilə görüşüb. Əks təqdirdə Rusiyaya əlavə sanksiyalar tətbiq olunacaqdı.

Rubio deyib: “Prezident müharibəyə son qoymaq istəyir. Qarşıdakı günlərdə Avropa və Ukrayna müttəfiqlərimizlə bu istiqamətdə nə qədər irəliləyiş əldə edə biləcəyimizi görmək üçün danışıqlar aparacağıq. Sonra isə irəliləyişin davam etməsini, çox yaxında, ümid edirik ki, yaxın gələcəkdə prezidentin Vladimir Putin və prezident Zelenski ilə görüşmə fürsətini əldə etməsini arzulayırıq. Ancaq bunun baş tutması üçün əvvəl çox şeyin yoluna qoyulması lazımdır”.

 





07.08.2025    çap et  çap et