«İndi baxıram, CHP-nin ağlına bayraq gəldi. Hörmətli Kılıçdaroğlu, sən nə zamandan bəri bayrağı xatırlayan olmusan? Sən həyatında bir dəfə Hakkariyə getdin, onda da əlinə bir dənə Türk bayrağı almadın. Mitinqdə bir türk bayrağı dalğalandırmadın. Sən hansı Türk bayrağını sevməkdən danışırsan? Biz Hakkaridə dəfələrlə mitinq keçirdik. Vanda da, Diyarbəkirdə də bayraqlarımızla meydanlara çıxmışdıq. «Bayraqları bayraq edən üstündəki qandı, torpaq əgər uğrunda ölən varsa Vətəndir», deyərək bunu etdik».
Müxalifəti tənqid edən Ərdoğan bildirib ki, qorxaqlıq onların canına, qanına işləyib: «Hamımız, bu vətən torpağında, bu ay-ulduzlu bayrağın altında birik, bərabərik, birlikdə Türkiyəyik. Bunlar isə havada dayanan «dam» axtarırlar. Sizdən, olsa-olsa, paraşütçü olar».