Vaxt.Az

Piton Putin və ...


 

... zəhərli siyasət

Piton Putin və ... Buyurun, Kremldəki qocanın toksik siyasətinin daha bir acı nümunəsi - bir tərəfdə hər kəs Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələrini gözləyərkən, digər tərəfdən isə Putin Rusiyası Azərbaycana qarşı qeyri-dost, xain siyasətini bütün gücü ilə davam etdirir.

Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib.

Ukrayna hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hücum yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.

Lakin yanğın tez bir zamanda lokallaşdırılıb.

Zərbə nəticəsində, həmçinin dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Eyni zamanda, təcili bərpa işləri aparılır.

Bundan bir neçə gün öncə isə, Rusiya Azərbaycandan Ukraynaya təbii qaz nəql edildiyi “Orlovka” qaz-nasos stansiyasına zərbə endirmişdi.

Görünən budur ki, Putin ənənəvi Kreml metodları ilə Azərbaycana qarşı “hibrid müharibə” aparır, gizli-açıq mesajlar verir.

P.S. Rusiya rəhbərinin bu cür fitnəkar addımları Vaşinqton görüşündən sonra daha da intensivləşə bilər.

Vaxt.az-dan: Əslində piton zəhərli ilan növü deyil və ovlarını boğaraq öldürdükdən sonra udur. Bu Rusiyanın ilhaq etdiyi ərazilərlə uyğundur. Vladimir Putinin mühacirətdə olan Litvinenko kimi şəxsləri zəhərləməsi əsl ilan xiffətini ortaya qoyur.


 





09.08.2025    çap et  çap et