Vaxt.Az

“Nvidia” və “AMD” 15 faiz pay verəcək


 

Şirkətlər Çinə çip satışlarından ABŞ hökumətinə rüsum ödəyəcək

“Nvidia” və “AMD” 15 faiz pay verəcək “Financial Times” (FT) qəzetinin məlumatına görə, “Nvidia” və “Advanced Micro Devices” (“AMD”), Çində satılan bəzi süni intellekt çiplərindən əldə etdikləri gəlirin 15 faizini ABŞ hökumətinə ödəməyi qəbul edib.

Vaxt.az xəbər verir ki, bu ödəniş qarşılığında iki çip istehsalçısı – “Nvidia”nın H20 və “AMD”-nin MI308 modelləri – Çində satılmaq üçün ixrac lisenziyası alacaq.

Razılaşma, ABŞ prezidenti Donald Trampın tariflərinin qlobal iqtisadiyyata təsirlərinin davam etdiyi bir dövrdə əldə olunub. FT-nin verdiyi məlumata görə, “Nvidia” rəhbəri Censen Xuan ötən həftə Tramp ilə görüşüb.

“Nvidia”, qəzetə açıqlamasında bildirib: “Qlobal bazarlardakı fəaliyyətlərimiz üçün ABŞ hökumətinin müəyyən etdiyi qaydalara əməl edirik”.

Tramp isə ötən həftə bəyan edib ki, əgər bir şirkət “ABŞ-da istehsal aparmırsa”, yarımkeçirici və çip idxalına 100 faiz gömrük vergisi tətbiq olunacaq.

 





11.08.2025    çap et  çap et