Əli Əkbər Vilayəti 1991-ci ilin noyabr ayında, Sovet İttifaqı rəsmi olaraq dağılmazdan əvvəl, rəsmi səfərlə Moskvaya gedərək Şimali Azərbaycanın müstəqillik bəyanatı ilə bağlı narahatlığını ifadə etmişdi.
1991-ci il noyabrın 27-də Moskvada nəşr olunan “İzvestiya” qəzetinə verdiyi müsahibədə Vilayəti belə demişdi:
«Biz Azərbaycanın müstəqilliyini tanımayacağıq.»
Həmin müsahibənin arxivinə görə, İranın Xarici İşlər Naziri Vilayəti vurğulamışdı ki, Azərbaycanın müstəqilliyi İran üçün “qırmızı xətt”dir və Tehran onu “heç vaxt” tanımayacaq.
Qeyd etmək lazımdır ki, Vilayətinin bu müsahibəsindən 40 gün əvvəl — 1991-ci il oktyabrın 18-də — Azərbaycan Respublikası müstəqilliyini elan etmişdi. Müsahibədən 29 gün sonra isə, 1991-ci il dekabrın 25-də Sovet İttifaqı rəsmi olaraq dağıldı.
Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə, İranın o zamankı prezidenti Əli Əkbər Haşimi Rəfsəncani və xarici işlər naziri ardıcıl səfərlərlə Moskvaya gedərək Azərbaycanın suverenliyini zəiflətmək, Qarabağ müharibəsini başlatmaq və Azərbaycan torpaqlarının işğalına şərait yaratmaq istiqamətində fəaliyyət göstərirdilər.
Müharibədə üstünlük Azərbaycanın tərəfində olduğu vaxtda, Ermənistanın işğalını dəstəkləmək məqsədilə İran Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə 1992-ci il mayın 7-də Tehranda Azərbaycan və Ermənistan arasında atəşkəs imzalandı.
Bu atəşkəsdən cəmi bir gün sonra – mayın 8-də – Şuşa, ardınca isə Laçın İranın hərbi və kəşfiyyat dəstəyi ilə işğal edildi və azərbaycanlı mülki əhali qətliama məruz qaldı.
Hələ 90-cı illərdə Hizbullahın ilk baş katibi Sobhi Tofili İranın xarici işlər naziri Əli Əkbər Vilayətiyə belə bir sual vermişdi:
“Niyə xristian erməniləri müsəlman-şiə azərbaycanlılara qarşı dəstəkləyirsiniz?”
Vilayəti cavabında bildirmişdi ki, “Ermənistan Türkiyə, Azərbaycan, Türkmənistan və digər türk respublikalarının Sovet İttifaqından ayrılsa belə, onların birləşməsinə mane olur. Ona görə də biz Ermənistanı dəstəkləməklə onu gücləndiririk ki, Türkiyəyə gedən yolu bağlayaq”.
Sobhi Tofili isə deyir: “O vaxt Azərbaycan yeni müstəqil ölkə idi və orada İsrail adında bir şey yox idi”.
Hələ Əli Əkbər Vilayətinin Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı Fransa və Rusiya ilə apardığı gizli əməkdaşlıqdan sonralar xəbər tutacaqsınız.
Ona görə də dünya azərbaycanlıları bilməlidir ki, İranın Azərbaycana qarşı düşmənçiliyi xristian dünyasına xidmət edən fars-şiəçiliyi əsasında formalaşan dərin ideoloji düşmənçilikdir və bu rejim məhz bu ideoloji mənbəyə görə bu düşmənçilikdən əl çəkə bilmir.
Savalan Araşdırmalar Mərkəzi