İki əsas mövzu müəyyənləşdirilib
Avropa mədəniyyəti: Qitənin incəsənət, elm, ədəbiyyat və musiqi irsini simvolizə edən fiqurlar və simvollar.
Çaylar və quşlar: Avropanın təbii gözəllikləri və ekosistem müxtəlifliyini əks etdirən səhnələr.
ABMB-nin prezidenti Kristin Laqar (Christine Lagarde) bildirib ki, “euro” yalnız pul vahidi deyil, Avropanın ortaq kimliyinin rəmzidir və yeni dizaynlar bu kimliyi daha da gücləndirəcək.
Müsabiqənin təqvimi belədir: 15 iyul 2025-ci ildə başlayan müsabiqə üçün müraciətlər 18 avqust 2025-ci ilə qədər qəbul ediləcək. Seçilən namizədlər mövzu üzrə banknot dizaynlarını təqdim edəcəklər.
Dizaynlar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, hər mövzu üzrə maksimum beş dizayn ilkin seçimdən keçəcək və sonradan ictimaiyyətin səsverməsinə təqdim olunacaq.
ABMB həmçinin yeni banknotlarda həm saxtakarlıq riskini minimuma endirəcək qabaqcıl təhlükəsizlik elementlərinin, həm də ekoloji cəhətdən davamlı materialların istifadə olunacağını açıqlayıb. Yeni dizaynlar 2026-cı ildə təqdim ediləcək və banknotların bir neçə il ərzində dövriyyəyə çıxması planlaşdırılır.