Vaxt.Az

“Tabutunu hazırla”


 

İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi

“Tabutunu hazırla” İsraildə yaşayan və fransızca danışan din xadimi David Daniel Kohen Fransa Prezidenti Emmanuel Makronu ölüm hədəsi ilə təhdid edib. Həmin din xadimi barəsində araşdırma başlanıb.

David Daniel Kohenin Fransa Prezidenti Emmanuel Makronu ölüm hədəsi ilə təhdid etməsi üzərinə istintaq açıb.

Daxili İşlər Nazirliyi hədələrin Makronun sentyabr ayında Fələstini tanımaq təşəbbüsü ilə bağlı olduğunu bildirir. Fransa Daxili İşlər Nazirliyi din xadiminin sözlərini “qəbuledilməz” kimi qiymətləndirib.

 

“Tabutunu hazırlasın”

 

Paris Prokurorluğu, Makrona yönəlik hədələri araşdıran istintaqın, cinayət polisinin ağır cinayətlər şöbəsi tərəfindən aparılacağını açıqlayıb.

İsrailli din xadimi avqustun 3-də “Arxiv 260” adlı “YouTube” kanalında yayımlanan videoda fransızca olaraq Makronu “Tabutunu hazırlasın” sözləri ilə təhdid edib.

 

“Əşyalarınızı yığın və gedin”

 

Həmçinin, Fələstini tanımaq təklifi səbəbindən Makronu “Tanrıya müharibə açmaqda” ittiham edib. Fransız mediasında yer alan xəbərlərə görə, din xadimi Makronu “antisemit” adlandıraraq, Fələstinlilərə “Əşyalarınızı yığın və gedin, bu torpaqlarda qala bilməyəcəksiniz” çağırışı edib.

 





11.08.2025    çap et  çap et