Vaxt.Az

Türkiyənin rekordu yenilənəcək


 

“Qalatasaray” Barış Alper Yılmaz üçün böyük məbləğ hədəfləyib

Türkiyənin rekordu yenilənəcək Son illərdə Türkiyə futbolunun ən çox parlayam ulduz oyunçularından biri Barış Alper Yılmazla bağlı maraqlı və vacib hadisələr yaşanır.

2021-ci ilin iyulunda “Keçiörengücü”dən 2.1 milyon avro transfer haqqı ilə “Qalatasaray”a gələn milli futbolçunun o dövrdəki bazar dəyəri cəmi 1 milyon avro idi. Bu gün Barış Alper 21 milyon avro ilə Super Liqanın ən dəyərli iki yerli oyunçusundan biridir.

Yeni mövsümə də yaxşı başlayan, “Qaziantep”in səfərində 2 qol və 1 assistlə qalibiyyətə imza atan 24 yaşlı oyunçu təxminən 3 ildir “Boloqna” tərəfindən izlənilir.

Lakin “Galatasaray”ın yüksək transfer tələbələri İtaliya klubunu geri çəkilməyə vadar edib. Tarixində ən böyük məbləği – 27.5 milyon avro – “Zirkzee” üçün verən “Bologna”nın “Barış Alper Yılmaz” üçün təqdim etdiyi 20 milyon avroluq təklifini “Qalatasaray” qəbul etməyib.

Barış Alper üçün 40 milyon avrodan çox bonservis tələb edən “Galatasaray”a isə əsas sürpriz ərəb yarımadasından gəlib.

Səudiyyə Ərəbistanının “NEOM” klubu Türkiyə millisinin ulduzu üçün “Qalatasaray”ın qapısını döyüb. Sarı-qırmızılıların menecerləri ərəb tərəflərinin təklifindən sonra bonservis gözləntisini 50 milyon avroya qaldırıblar.

“NEOM” da “Qalatasaray”ın bu gözləntisinə cavab olaraq Barış Alper üçün ilkin 40+10 milyon avro təklifini hazırlayıb. Lakin transferlə bağlı bir çox sual işarələri mövcuddur.

“Qalatasaray” UEFA Çempionlar Liqasında uğur hədəfi ilə başladığı mövsümün əvvəlində komandasının ən önəmli silahlarından birini itirməyə hazırdırmı?

40-50 milyon avro arası bonservis məbləği “Qalatasaray” üçün çox cəlbedicidir. Amma bu məbləğin təxminən beşdə biri – yəni 20%-i – “Keçiörengücü”nə gedəcək ki, bu da klubun hesabına 8-10 milyon avro az girməsi deməkdir.

Nəticədə klubun hesabına 30-40 milyon avro gəlməsi klub idarəçilərini qane edə bilər. Lakin bu dəfə də Barış Alperin özü önə çıxır.

İllik maaşı 2.5 milyon avroya qaldırılan milli ulduza “NEOM”un 10 milyon avro təklif etdiyi bildirilir.

Barı. Yılmaz adıçəkilən məbləğə transfer olarsa, həm də yerli idmançı olaraq Türkiyədən transfer olunan ən bahalı futbolçu olacaq.

 





11.08.2025    çap et  çap et