Cəriməni ödəməsə, illərlə həbsdə qalacaq
Polis, məhkəmənin çağırışı ilə hərəkətə keçdiyində, həmin şəxs 43 min avrodan çox cəriməni və 4 min 700 avroluq əlavə xərci ödəyə bilməyib. Bu səbəbdən onu üç ildən çox davam edən “Erzwingungshaft” adlı məcburi həbs gözləyir. Rəsmi şəxslər, ümumi borc tam ödənərsə, həmin şəxsin dərhal azadlığa buraxılacağını bildiriblər.
Məcburi həbs necə işləyir?
“Erzwingungshaft” — pul cəriməsini ödəməkdən imtina edən şəxslərə tətbiq olunur. Adətən maksimum müddət 3 ay olsa da, cərimə məbləği çoxaldıqca müddət də uzana bilir. Həbs müddətində məhkumlar cinayətkarlarla eyni kamerada qalmır və öz geyimlərindən, yataq dəstlərindən istifadə edə bilirlər.