Vaxt.Az

50,5 dərəcə


 

Türkiyədə son 55 ilin ən isti iyul ayı

50,5 dərəcə Türkiyə Çevrə, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi ölkədə son 55 ilin ən isti iyul ayının yaşandığını açıqlayıb. 25 iyulda Silopidə 50,5 dərəcə ilə bütün zamanların Türkiyə rekordu qırılmışdı.

Meteorologiya Baş İdarəsinin məlumatlarına görə, Türkiyə üzrə əvvəlki illərdə 25 dərəcə olan iyul ayının orta temperaturu 2025-ci ilin iyulunda 1,9 dərəcə artaraq 26,9 dərəcə olub. Nazirlik, iqlim qiymətləndirməsində istifadə olunan 220 stansiyadan 66-sında rekord göstəricilərin qeydə alındığını bildirib. Ən yüksək temperatur Şırnak vilayətinin Cizrə rayonundakı stansiyada ölçülüb. Əvvəllər iyul ayında 49,1 dərəcə olan rekord 2025-ci ilin iyulunda 49,4 dərəcəyə qalxıb.

 

İlk onluqda Şanlıurfanın 4 rayonu var

 

Cizrəni Şanlıurfanın Ceylanpınar rayonu izləyib. Burada əvvəlki rekord 48,2 dərəcə ikən, 2025-ci ildə 49 dərəcə olub. Digər yeni rekordlar:

 

Şanlıurfa-Birəcik: 47,2-48,1 dərəcə

Tokat: 45-47,2 dərəcə

Şanlıurfa-Akçaqala: 46,7-47 dərəcə

Şanlıurfa-Viranşehir: 46,7 → 47 dərəcə

Adıyaman: 45,3 → 46,3 dərəcə

Adıyaman-Kahta: 44,5 → 46 dərəcə

Sinop-Boyabat: 45,4 → 45,8 dərəcə

Qəhrəmanmaraş: 45,2 → 45,8 dərəcə

 

Silopidə bütün zamanların Türkiyə rekordu

 

25 iyul 2025-də Şırnak vilayətinin Silopi rayonunda 50,5 dərəcə qeydə alınıb və bu, Türkiyə üzrə bütün zamanların ən yüksək temperaturu olub. Bu göstərici 220 bölgə siyahısında olmasa da ayrıca “rekord” olaraq qeyd olunur.

Silopidən əvvəlki Türkiyə rekordu 2023-cü ilin avqustunda Əskişəhərdə ölçülən 49,5 dərəcə idi.

Meteorologiya Baş İdarəsinin həftəlik proqnozuna görə, 10–16 avqust 2025 tarixlərində hava temperaturu “cənub və daxili bölgələrdə mövsüm normalarının üzərində, digər yerlərdə isə normalara yaxın” olacaq.

 





11.08.2025    çap et  çap et