Vaxt.Az

Qarşılıqlı güzəşt


 

Şimali Koreyadan illər sonra ilk sülh addımı

Qarşılıqlı güzəşt Şimali Koreya, Cənubi Koreyanın təbliğat yayımını dayandırmasının ardından sərhəddəki bəzi səsgücləndiriciləri sökməyə başladı. Bununla da iki ölkə arasındakı “meqafon savaşı” müvəqqəti olaraq sona çatdı.

Cənubi Koreya ordusu, Şimali Koreyanın sərhəddə təbliğat yayımı üçün quraşdırılmış bəzi səsgücləndiriciləri sökməyə başladığını bildirdi. Bu addım, Cənubi Koreyanın ön xətdəki öz səsgücləndiricilərini sökməsindən sonra atıldı.

Cənubi Koreya Baş Qərargahı, sökülən məntəqələrin yerini açıqlamadı və Şimalın bütün səsgücləndiriciləri söküb-sökməyəcəyinin hələlik bəlli olmadığını vurğuladı.

Son aylarda Cənubi Koreya sərhəd kəndlərində yaşayan sakinlər, Şimali Koreya səsgücləndiricilərindən gələn heyvan ulartıları və qonq səsləri kimi narahatedici yayım­lardan şikayət edirdilər.

Bu yayımlar, Cənubi Koreyanın təbliğat mesajları və “K-pop” mahnıları ilə dolu sərhəd yayım­larına cavab olaraq edilirdi.

Şimali Koreya, iyun ayında yayımını dayandırmışdı. Bu hadisə, Cənubi Koreyanın yeni prezidenti Li Cae Myun­gun vəzifəyə gələr-gəlməz gərginliyi azaltmaq məqsədilə təbliğat yayımını dayandırmaq qərarı almasının ardından baş verdi.

Cənubi Koreya bu gün sərhəd səsgücləndiricilərini sökməyə başladı, lakin bunların necə saxlanılacağı və ya böhran vəziyyətində yenidən quraşdırılıb-quraşdırılmayacağı barədə məlumat verilmədi.

Şimali Koreya, lideri Kim Çen In və ailəsinə qarşı xarici tənqidlərə qarşı çox həssasdır. Pxenyan rəhbərliyi, səsgücləndiricilərin sökülməsi ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Cənubi Koreyanın əvvəlki mühafizəkar hökuməti, iyun 2024-də Şimali Koreyanın zibil yüklü şarları Cənuba göndərməsinə cavab olaraq illərdən sonra ilk dəfə səsgücləndirici yayımını yenidən başlatmışdı. Bu yayım­larda təbliğat mesajlarının yanaşı K-pop mahnılarına da yer verilmişdi.

Bu psixoloji müharibə, Şimalın nüvə proqramındakı irəliləyişlər və Cənubun ABŞ ilə hərbi əməkdaşlığını artırmaq cəhdləri ilə birlikdə Koreyalar arasındakı gərginliyi daha da artırmışdı.

 





11.08.2025    çap et  çap et