“Fox News”ə danışan ABŞ Vitse-prezidenti Vaşinqtonun məqsədinin hər iki tərəfin qəbul edə biləcəyi bir həll tapmaq olduğunu vurğulayaraq, “Heç kim tamamilə məmnun olmayacaq. Ruslar da, Ukraynalılar da günün sonunda razı qalmayacaq”, – deyib.
ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya Dövlət Başçısı Vladimir Putinlə görüşərək Ukrayna müharibəsini sona çatdıracaq bir razılaşma müzakirə edəcəyini açıqlamışdı. Tramp, tərəflərin atəşkəs mövzusunda “yaxın” olduğunu və bunun Ukraynanın əhəmiyyətli torpaq güzəştləri verməsini tələb edə biləcəyini bildirmişdi.
Ukrayna Prezidenti Vladimir Zelenski isə ölkə konstitusiyasının torpaqla bağlı güzəştə icazə vermədiyini vurğulayaraq, “Ukraynalılar torpaqlarını işğalçılara hədiyyə etməyəcək”, – deyib.
Vens Putin, Zelenski və Trumpın eyni masa arxasında görüşməsi üçün işlərin davam etdiyini, amma Putinin Trumpla görüşməzdən əvvəl Zelenski ilə bir araya gəlməsinin məhsuldar olmayacağını düşündüyünü bildirib.