Vaxt.Az

Cənubi Çin dənizində insident


 

Bir ölkənin gəmiləri bir-biri ilə toqquşdu

Cənubi Çin dənizində insident Çin Sahil Mühafizəsinə və Çin Ordusuna məxsus iki gəmi, Filippinlərlə suverenlik mübahisəsi yaşanan Cənubi Çin Dənizindəki Skarboro hövzəsi ətrafında toqquşub.

Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Çin Sahil Mühafizəsinə məxsus 3104 nömrəli gəmi qəfil manevr nəticəsində Çin Ordusuna aid 164 nömrəli gəmi ilə toqquşub və ciddi xəsarət alıb.

Filippin Sahil Mühafizəsi iddia edib ki, gəmilər özlərinə məxsus bir gəmini bloklamaq üçün qəfil və təhlükəli manevrlər ediblər və hadisə buna görə baş verib.

Filippin Sahil Mühafizəsi, toqquşma nəticəsində zədələnən Çin Sahil Mühafizəsi gəmisinə tibbi yardım və xilasetmə dəstəyi təklif etdiyini açıqlayıb.

***

Cənubi Çin dənizi, sahilyanı ölkələrin İkinci Dünya müharibəsindən sonra müstəqilliklərini qazandığı dövrdən bəri region ölkələri arasında suverenlik mübahisələrinin mərkəzindədir.

Çin, ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin Dənizinin 80%-i üzərində suverenlik iddia edib. Yeraltı sərvətlərlə zəngin bu bölgədə Filippin, Vyetnam, Bruney və Malayziya da haqq iddia edir.

Çinin bölgədəki mübahisəli adalarda bazalar tikməsinə, hərbi qüvvələrinin yanaşı mülki gəmi donanmaları ilə mövcudluğunu artırmasına region ölkələri və ABŞ qarşı çıxır.

Hollandiyanın Haaqa şəhərindəki Daimi Arbitraj Məhkəməsi 2016-cı ildə Filippinin müraciəti ilə verdiyi qərarda, Çinin Cənubi Çin Dənizində birtərəfli suverenlik iddialarının qanuni olmadığına hökm vermişdi.

 





11.08.2025    çap et  çap et