Vaxt.Az

“Çıxışda “uğurlar, bu qədər” deyə bilərəm”


 

Tramp: “Putinlə görüşmədən atəşkəsin çıxacağını ümid edirəm”

“Çıxışda “uğurlar, bu qədər” deyə bilərəm” ABŞ Prezidenti Tramp, Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiya–Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verdi.

Avqustun 15-də Alyaskada baş tutacaq görüşdən ümidli olduğunu və bu müharibənin tez bir zamanda başa çatmasını istədiyini qeyd edən Tramp, Putinlə görüşünün “çox konstruktiv” keçəcəyinə inandığını, lakin hələ nəticəni bilmədiyini vurğuladı.

 “Vladimir Putinlə görüşə gedirəm və ona bu müharibəni bitirməlisən deyəcəyəm”, – ABŞ Prezidenti deyib.

Çıxışının bir yerində Alyaska əvəzinə “Rusiyaya gedəcəyəm” ifadəsini işlədən Tramp, sonrakı açıqlamalarında isə Putinin Amerika torpaqlarına gələcəyini və bunun “hörmətəlayiq” bir hadisə olduğunu söylədi.

Tramp, Putinlə görüşməsindən atəşkəsin çıxacağını ümid etdiyini vurğulayaraq, bununla yanaşı görüşün nəticəsinin və Putinin niyyətinin hələ bəlli olmadığını qeyd etdi: “Putinlə görüşümün yaxşı keçəcəyini düşünürəm, amma pis də keçə bilər.”

***

Görüşdən sonra əvvəlcə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışacağını bildirən Tramp, “sonra avropalı liderlərlə danışacağam və nəticəni onlara çatdıracağam. Növbəti görüşdə Zelenski ilə görüşəcəyəm, lakin bu iki lider bir araya gəlməlidir. Mənim də orada olmağımı istəsələr, olar. Putinlə görüşümdə parametrləri görməyə gedirəm. Çıxışda “uğurlar, bu qədər” deyə bilərəm. Bu işin həll olunmayacağını da deyə bilərəm. Yaxud, müsbət keçər və hansı növ razılaşmanın ola biləcəyini Zelenski ilə Avropalı liderlərə çatdıraram. Sonra razılaşmanı etmək mənə yox, bu iki ölkəyə qalır. Mən atəşkəsin olmasını istəyirəm”, – deyib.

Rusiyanın Ukraynanın xeyli hissəsini işğal etdiyini bildirən və Ukraynanın müqavimət göstərmək üçün kifayət qədər gücünün olmadığını iddia edən ABŞ Prezidenti, “Bəzi bölgələrin Ukraynaya geri qaytarılmasına çalışacağıq. İki ölkə arasında (razılaşma olarsa) ərazi dəyişiklikləri də olacaq” deyə qiymətləndirmə apardı.

 





12.08.2025    çap et  çap et