Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetmədən çıxaraq aşan avtomobilin içərisində 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 08:15-də başa çatıb.