DTT-nin yaydığı açıqlamada, ABŞ-ın bütün Braziliya məhsullarına 10 faiz, Braziliya mənşəli müəyyən məhsullara isə əlavə olaraq 40 faiz gömrük vergisi tətbiq etdiyi bildirilib.
Bunun üzərinə Braziliyanın, ABŞ-la bağlı DTT çərçivəsində mübahisə üzrə məsləhətləşmə tələbi irəli sürdüyü və həmin tələbin bu gün DTT üzvlərinə çatdırıldığı qeyd olunub.
Açıqlamada vurğulandı ki, Braziliya gömrük vergisi dərəcələrinin 1994-cü il Gömrük Tarifləri və Ticarət üzrə Baş Sazişin (GATT) və Mübahisələrin Həlli Mexanizminin (DSU) bir sıra müddəaları ilə ziddiyyət təşkil etdiyini, ABŞ-ın isə mübahisəni DSU-nun qayda və prosedurlarına əsaslanmaq əvəzinə gömrük tarifləri yolu ilə həll etməyə çalışdığını bildirib.
Məsləhətləşmə tələbi, DTT-də bir mübahisənin rəsmi şəkildə başladılması deməkdir. Məsləhətləşmələr tərəflərə məsələni müzakirə etmək və məhkəməyə getmədən həll yolu tapmaq imkanı yaradır.
Braziliya Prezidenti Luiz Inasiu Lula da Silva ötən həftə etdiyi açıqlamada, ABŞ hökumətinin tariflərinə qarşı öz maraqlarını qorumaq üçün DTT-yə müraciət də daxil olmaqla bütün vasitələrin səfərbər ediləcəyini söyləmişdi.