Vaxt.Az

300 ballıq yüksəliş


 

“Citi” “S&P 500” hədəfini yüksəltdi

300 ballıq yüksəliş “Citi”nin strateqları 2025-ci il sonu üçün “S&P 500” hədəfini 6 300 baldan 6 600 bala qaldırıb.

“Citigroup Inc.”nin strateqları, vergi endirimlərinin ABŞ-lı şirkətlər üzərində gömrük vergilərinin mənfi təsirini balanslayacağını bildirərək “S&P 500” indeksi hədəfini artırıb.

Skott Çronertin rəhbərlik etdiyi komanda, S&P 500 indeksi üçün ilin sonu hədəfini 6 300 baldan 6 600 bala qaldırdı. Bu proqnoz ötən həftənin bağlanış qiymətinə nisbətən təxminən 3% artıma uyğundur.

“Citi” komandası, şirkətlərin “təəccüblü uğur” göstərdiyini və ilin ikinci yarısı üçün proqnozlarına böyük ölçüdə sadiq qaldığını vurğulayıb.

“Citi” strateqləri, “S&P 500” şirkətlərinin səhm başına gəlir (EPS) proqnozlarını 2025-ci il üçün 261 dollardan 272 dollara, 2026-cı il üçün isə 295 dollardan 308 dollara yüksəldib.

“Citi”ə görə, bu yüksək mənfəət proqnozları dəyərləndirmə fərziyyələrində əhəmiyyətli dəyişiklik yaratmır.

Komanda indeksi 2026-cı ilin ortalarına qədər 6 900 bal səviyyəsinə qalxacağını, yəni mövcud səviyyələrdən təxminən 8% artım göstərəcəyini proqnozlaşdırır.

 





12.08.2025    çap et  çap et