Fransa klubu futbolçusu üçün 30 milyon avro istəyir, lakin sarı-qırmızılı rəhbərliyin bonservis haqqı ödəmək niyyəti yoxdur. Türkiyə klubu 24 yaşlı müdafiəçini satın alma şərti ilə icarəyə götürmək üçün danışıqları davam etdirir.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Sağ kənarda da oynaya bilən bir müdafiəçi” istəyərkən, “Monako”nun 24 yaşlı ulduzunu işarə etmişdi. Lakin Fransız klubu, 2028-ci ilin iyununa qədər müqaviləsi olan futbolçusu üçün inadını davam etdirir.
“Qalatasaray” 5 milyon avro icarə haqqı və 20 milyon isə məcburi satın alma şərti təklifi ilə “Monako”nun qapısını döyüb. Sinqonun da Türkiyədə oynamaq istəməsi sarı-qırmızılı klubun əlini gücləndirib.
“Monako”, Fildişili futbolçunun ayrılma təzyiqi göstərməsi üzündən çıxılmaz vəziyyətdə qalaraq “Qalatasaray”ın təklifini qiymətləndirir.
Sinqo keçən mövsümdə Monakoda 35 rəsmi oyunda iştirak edib, 3 qol və 3 assistlə komandaya dəstək verib.