Vaxt.Az

Tülkü yuvasındakı “şir”lər


 

Fars-molla rejimi Pezeşkianı hədəfə alıb

Tülkü yuvasındakı “şir”lər İran “şir”ləri gizləndikləri tülkü yuvalarından çıxıb “Qərblə danışıqlar aparmalıyıq”, dediyinə görə prezident Məsud Pezeşkiana hücuma keçiblər.

Avqustun 10-da ölkədə qeyd olunan “Jurnalist günü” münasibətilə Pezeşkian hökumətin bəzi üzvləri ilə birlikdə media rəhbərləri və nümayəndələri ilə görüşüb.  Həmin görüşdə etdiyi çıxışda İranı ciddi iqtisadi çətinliklərə düçar edən sanksiyaların qismən də olsa aradan qaldırılması üçün Qərblə müzakirələrin vacibliyindən danışıb.

O, Qərblə, ilk növbədə ABŞ ilə danışıqlara görə hökuməti tənqid edən və müzakirələrin əleyhinə çıxan qüvvələrə müraciətlə deyib: “Heç kəs deyə bilməz ki, əgər mən danışıqlar aparıramsa, gedib təslim oluram. Təslim olmaq bizim təbiətimizdə yoxdur. Amma mənim inamım budur ki, biz dava etməklə də bir şeyə nail ola bilmərik. Kim deyib ki, danışmaqdan qorxmalısan? Danışmıram, müzakirə aparmıram, yaxşı bəs nə etmək istəyirsən? Müharibə etməkmi istəyirsən?“

Bu sualın ardınca dediyi sözlər Xameneyinin “Biz qalib gəldik!” şüarı ilə heç uyğun gəlmir: “Axı gəldi bizi vurdu! (12 günlük savaşı nəzərdə tutur) İndi gedib düzəltsək (yəni atom bombasını), yenidən gəlib vuracaq. Bunlar elə məsələlərdir ki, onlara emosiyalarla yanaşmaq olmaz”.

İsrail İranı yenidən vursa, gərək generallardan yox, dava-dava deyən boşboğaz radikallardan başlasın.

 





12.08.2025    çap et  çap et