Vaxt.Az

“Balamın adı”


 

Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi

“Balamın adı” İranda fars faşist hökuməti tərəfindən türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdıqları “Balamın adı” kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra prezident məsələnin araşdırılması ilə bağlı göstəriş verib.

Bu haqda “Balamın adı” kampaniyası məlumat yayıb.

Məlumata görə, prezident 15761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə də göstəriş verib və adlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülməsini istəyib.

Nəzərinizə çatdırım ki, İranda əhalinin böyük çoxluğu olan türklər öz övladlarına türk adları verə bilmirlər. Hökumət türk adları verilmiş uşaqlara doğum haqqında şəhadətnamə verilməsinə qadağa qoyublar.

 





12.08.2025    çap et  çap et