Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç liderlərinin imzaladığı bəyanatda Ukraynaya dəstəyin davam etdiriləcəyi vurğulanıb. Bildirilib ki, sülh yalnız Rusiyaya “qanunsuz müharibəni” dayandırması üçün davamlı təzyiq göstərildiyi təqdirdə mümkün ola bilər.
Açıqlamada “Beynəlxalq sərhədlər güc tətbiq edilərək dəyişdirilə bilməz” prinsipi xatırladılıb və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların davam etdiriləcəyi qeyd olunub.
Bəyanat, ABŞ prezidenti Donald Trampın 15 avqustda Alyaskada Rusiya prezidenti Vladimir Putin ilə Ukrayna müharibəsini bitirməyə yönəlik görüş keçirəcəyini açıqlamasından sonra verilib.
Ağ Ev isə Ukrayna lideri Vladimir Zelenskinin də görüşə dəvət edilə biləcəyini, lakin hələlik yalnız ikitərəfli görüşün planlaşdırıldığını bildirib.