Sarı-qırmızılıların əfsanələri Klaudio Taffarel və Felipe Melo da bu transfer üçün prosesə qoşulub.
Hədəfdə yalnız Ederson var
“Trendyol” Super Liqasına “Qaziantep FK” üzərində 3:0 hesablı qələbə ilə başlayan “Qalatasaray”da gündəm tamamilə Edersona yönəlib. Klub rəhbərliyi, uzun müddətdir izlədiyi 31 yaşlı qapıçının transferini bu həftə bitirmək istəyir.
Daha əvvəl baş məşqçi Okan Buruk, Taffarelin vasitəçiliyi ilə Edersonla görüntülü görüş keçirmişdi.
Taffareldən sonra Felipe Melo
“Qalatasaray”ın əfsanə qapıçısı Klaudio Taffarel, Ederson ilə onu “Qalatasaray”a razı salmaq məqsədilə söhbət aparmışdı. Bu görüşdən sonra digər bir əfsanə – Felipe Melo məsələyə qarışdı. Melo, həmyerlisi Edersonu zəng edərək həm klubun gələcək planlarını, həm də İstanbulda yaşayışı izah etdi.
Gələn məlumata görə, Melo bu transferin müsbət nəticələnəcəyinə inanır.
Danışıqlar gərgin keçir
“Qalatasaray” Edersonun maaş tələbinə cavab vermək üçün ciddi çalışır. Rəhbərlik illik 6 milyon avro təklif edərkən, futbolçunun 7,5 milyon avro net maaş istədiyi bildirilir.
Futbolçunun alınması üçün isə təxminən 10 milyon avro büdcə ayrılıb. Həm razılıq prosesi, həm də danışıqlar davam edir və bu həftə kritik irəliləyişlərin baş verəcəyi gözlənilir.