Lakin indiyədək bu cəhdlərin heç biri uğurlu olmayıb. Düşünmək olar ki, təklif olunan şərtlər daxilində bu ABŞ şirkəti Azərbaycanda nümayəndəlik açmağı məqsədəuyğun hesab etməyib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) açıqlama verib ki, EPAM yenidən Azərbaycana gəlir.
Açıqlamadan belə anlaşılır ki, adətən qlobala yönəlik işlər görən EPAM Azərbaycanda daha çox lokal rəqəmsal layihələrə fokuslanacaq.
Xatırladıram ki, Azərbaycan bazarına daxil ola bilməyən EPAM son illərdə Ermənistanda və Özbəkistanda nümayəndəliklərini aça bilib. Hazırda bu ölkələrdə EPAM-da minlərlə developerlər, analitiklər və digər mütəxəssislər çalışır.
Ümid edirəm növbəti dəfə EPAM-ın ölkəmizdə oturuşması ilə bağlı səyləri uğurlu olacaq.
Düşünürəm ki, EPAM şirkətinin Azərbaycanda nümayəndəlik açması ölkədə İT üzrə yüksək ixtisaslı iş yerlərinin yaradılması, beynəlxalq təcrübənin və qabaqcıl texnologiyaların transferi, eləcə də Azərbaycan İT sektorunun qlobal bazarlara inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Bu addım həm də ölkənin rəqəmsal transformasiya prosesinə və startap ekosisteminin inkişafına əlavə stimul verə bilər.