Keçən ay keçirilən canlı yayımda Sanenin İstanbulda hava limanına enişi 3,2 milyon anlıq izləyiciyə çataraq bütün zamanların rekordunu yeniləyib. Bu sahədə əvvəlki lider, 2,2 milyon anlıq izlənmə ilə “Barcelona”–Seul FC hazırlıq matçı idi. Siyahıda hər klubdan yalnız bir tədbir nəzərə alınıb.
Sanenin eniş yayımı, “Real Madrid”in dünya miqyasında böyük rezonans doğuran Kilian Mbappe təqdimatını da üstələdi.
***
İlk 10-luqda Türkiyədən “Fənərbaxça” baş məşqçisi Jose Mourinyonun İstanbula gəlişi 6-cı yeri tutub. “Qalatasaray”ın digər transferi Viktor Osimhen isə 2,1 milyon anlıq izlənmə ilə yüksək rəqəm əldə etsə də, hər klubdan yalnız ən yüksək izlənmə reytinqi olan tədbir siyahıya daxil edildiyi üçün yer ala bilməyib.